Binəqədili şagird mükafatlandırıldı

0
bineqedi-mukafat
Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Videomüsabiqə” keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, 12 may tarixində müsabiqənin qalibi 297 nömrəli məktəbin 8 a sinif şagirdi Nərgiz Mirzəyevanın mükafatlandırması olub.
Mükafatlandırmada Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev və Binəqədi Gənclər Evinin direktoru Günel Həsənova iştirak edib.
Qalibimizə təşəkkürnamə və hədiyyə təqdim edilib.
Nərgiz Mirzəyeva müsabiqəyə öz yazdığı “Heydər babamız” şeiri ilə qoşulub.
Bineqedi.info
Bir 2 kişi ve ayakta duran insanlar görseli olabilirBir 2 kişi ve ayakta duran insanlar görseli olabilir