YAP Binəqədi rayon təşkilatında Asəf Zamanovun 65 illik yubileyi qeyd edildi – FOTOLAR

0
yap-bineqedi-rayon-teskilati
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında partiyanın ziyalı üzvlərindən olan Asəf Zamanovun 65 illik yubileyi qeyd edilib.
Bineqedi.info saytına verilən məlumata görə, görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov anadan olmasının 65 illik yubileyini qeyd etdiyimiz Asəf Zamanov haqqında xatirələrini bölüşərək bildirib ki, o, Bakı şəhər Binəqədi rayon Ziyalılar Cəmiyyətinin sədri kimi və eyni zamanda partiyanın ziyalı üzvlərindən biri kimi rayon təşkilatının fəaliyyətində, tədbirlərində, həmçinin rayonun ictimai-siyasi, mədəni həyatında hər zaman yüksək fəallıqla iştirak edib.
Bir 5 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilir
Asəf Zamanov 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı, 2007-ci ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının 100 illik yubiley medalı, 2007-ci ildə Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı, Əməkdar müəllim fəxri adına layiq görülüb. Rayon təşkilatının sədri daha sonra yubilyarı təbrik edərək ona möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər, fəaliyyətində uğurlar arzulayıb.
Bir 6 kişi ve ayakta duran insanlar görseli olabilir
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova Asəf Zamanovun iş təcrübəsindən, dövlətimizə, xalqımıza göstərdiyi xidmətlərdən bəhs edərək, təhsilimizin inkişafı naminə hər zaman uğurlu fəaliyyəti ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmədiyini vurğulayaraq elmin və təhsilin inkışafında göstərdiyi yorulmaz fəaliyyətində uğurlar arzulayıb.
Bir 7 kişi, ayakta duran insanlar ve oturan insanlar görseli olabilir
Sonra təbrikə qoşulan ərazi partiya təşkilatlarının sədrləri, Rayonun dəyərli ziyalıları, Aparatın əməkdaşları Asəf Zamanovu təbrik edərək ona xoş və firavan günlər arzu ediblər.
Bir 4 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilir
Görüşün sonunda Asəf Zamanov göstərilən diqqət və qayğıya görə hər kəsə təşəkkürünü bildirib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən cənubi qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası sıralarında qürurla təmsil olunduğunu söyləyib.
Bir 3 kişi ve ayakta duran insanlar görseli olabilir
Görüşün sonunda rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və 65 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edilib, ona xatirə hədiyyəsi təqdim olunub.
Bineqedi.info
Bir 3 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilirBir 5 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilir
Bir 13 kişi ve ayakta duran insanlar görseli olabilir