Binəqədi rayonunda Ulu öndərin əziz xatirəsi dərin ehtiramla yad edildi – FOTOLAR

0
anim-bineqedi
Binəqədi Rayon İcra Hakmiyyəti başçısı Elxan Allahverdiyev, müavinləri – Leysan Məmmədov, Sevinc Süleymanova, Aparatının şöbə müdirləri və əməkdaşları tərəfindən Heydər Əliyev adına istirahət parkında yerləşən ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq böyük ehtiramla yad edilib.
Bineqedi.info saytına verilən məlumata görə, daha sonra Binəqədi rayonunun inzibati ərazisində fəaliyyət göstərən Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış eyniadlı ədəbi-bədii kompozisiya təqdim olundu.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşa Dövlət Musiqili Dram Teatrın tamaşa zalında təşkil olunmuş tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şöbənin baş məsləhətçisi İlqar Pənahov, YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist Yadigar Muradov, idarə, müəssisə və təşkilatların kollektivləri, tələbələr, gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbirdə əvvəlcə müasir Azərbaycanın qurucusu, memarı dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış eyniadlı ədəbi-bədii kompozisiyanı təqdim etdi.
Ədəbi-bədii kompozosiya tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.
Bineqedi.info
May be an image of 8 people, people standing and outdoors
May be an image of 9 people, people standing, monument and outdoors
May be an image of 12 people, people standing and outdoorsMay be an image of 3 people, people standing and indoorMay be an image of 9 people, people standing and indoorMay be an image of 16 people, people standing and indoorMay be an image of 3 people, people standing and indoorMay be an image of 11 people, people standing and indoor