Binəqədi Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilib – FOTOLAR

0
elxan-allahverdiyev-qebul
246 nömrəli məktəb-liseydə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin sakinlərlə səyyar qəbulu keçirilib.
Bineqedi.info saytına Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, bələdiyyə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Görüşdə iştirak edən Binəqədi rayon sakinləri görülmüş işlərlə bağlı rayon rəhbərliyinə öz təşəkkürlərini bildirdilər. Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə məlumat verərək, görüşdə iştirak edən sakinlərin qəsəbədaxili asfalt örtüklərinin təmiri , Bakı Nəqliyyat Agentliyi tərəfindən avtobus dayanacağının yerinin dəyişdirilməsi, küçə işıqlarının bərpası , bina girişinin, bina fasadının və istinad divarının təmiri və həyətin abadlaşdırılması, yaşayış binasının dezinfeksiya olunması, binanın zirzəmisində istilik xəttlərinin təmiri və aşma təhlükəsi olan ağacın budanması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.info
May be an image of 4 people, people sitting, people standing and indoor
May be an image of 12 people, people sitting and people standing
May be an image of 9 people, people sitting and people standing
May be an image of 8 people, people sitting and indoor
May be an image of 7 people, people sitting and people standing
May be an image of 10 people, people sitting and people standing
May be an image of 6 people, people sitting, people standing and indoor
May be an image of 12 people, people sitting and people standing
May be an image of 3 people, people sitting, people standing and indoor
May be an image of 8 people, people sitting and indoor
May be an image of 5 people, people standing, people sitting and indoor
Bir 7 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir