“İşsizlərin rəsmi sayı real deyil” – Əli Məsimli

0
milli-meclis-deputat

“Son iki ildə Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabatlarla müqayisədə builki hesabatda hadisə və proseslərə daha zəif yanaşılıb”.

Bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında – “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatının müzakirəsində bildirib.

“Nə qədər ki, SSRİ dövründə və müstəqilliyimizin ilk illərində olduğu kimi, dövlət büdcəsinin investisiya xərclərində təmir-təmir üstünlük təşkil edəcək, yeyintilər davam edəcək. Bunun müəyyən hissəsi açılacaq, müəyyən hissəsi isə bağlı qalacaq”, – deyə deputat qeyd edib.

Parlamentari təklif edib ki, büdcənin investisiya xərclərində yanaşma innovasiyalar və rəqəmsallaşma hesabına daha diqqətli olmalıdır:

“Pandemiya zamanı məlum oldu ki, işsizlərin rəsmi sayı ilə real sayı arasında böyük fərq var. Bu fakt hesabatda da qeyd edilib. İşsizliklə bağlı statistika çox ciddi məsələdir. Saxta işsizlik statistikasın həllini tapaq”.modern.az