Prezident İlham Əliyev Mərkəzi Banka yeni sədr təyin etdi – SƏRƏNCAM

0
prezident-serencam-ilham-eliyev

Taleh Tahir oğlu Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilib.

Bineqedi.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Taleh Kazımov 1983-cü il sentyabrın 11-də Bakıda anadan olub. Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin “Avtomatika və kompüter mühəndisliyi” fakültəsində alıb. 2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın “Georgia State University” universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr dərəcəsinə yiyələnib. Bundan başqa, T.Kazımov 2012-ci ildə “London Biznes Məktəbi”nin (Böyük Britaniya) və 2014-cü ildə “Harvard Biznes Məktəbi”nin (ABŞ) yüksək ixtisas proqramlarını (“Senior Executive Programme”) müvəffəqiyyətlə bitirib.

O, karyerasını qurmağa gənc yaşlarında başlayıb və təhsil aldığı dövrdə “ATTAS PR”, “European Tobacco” şirkətlərində ofis köməkçisi və İnformasiya texnologiyaları üzrə operator kimi işləyib. Maliyyə sektorunda peşəkar fəaliyyətə isə 2004-cü ildən başlayıb. Belə ki, 2004-cü il fevral ayından 2006-cı ilin sentyabradək davam edən dövrdə Taleh Kazımov “Bank Standard” QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Maliyyə və mühasibat uçotu idarəsinin Xəzinədarlıq və fondlar şöbəsində mütəxəssis, Maliyyə nəzarəti departamentinin İdarəetmə və büdcə planlaşması şöbəsində, daha sonra isə Kredit siyasəti departamentinin Korporativ müştərilərin kreditləşmə şöbəsində aparıcı mütəxəssis vəzifələrində işləyib.

Bineqedi.info