Pakistanın Azərbaycandakı səfiri Binəqədi Gənclər Evində qonaq olub – FOTOLAR

0
bineqedi-gencler-evi
Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye Binəqədi Gənclər Evində qonaq olmuşdur.
Bineqedi.info saytı xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin birgə təşkilatçılığı ilə Fəxri Qonaq layihəsi çərçivəsində 5 aprel 2022-ci il tarixdə Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə gənclərin görüşü olmuşdur.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova və gənclər iştirak etmişdir.
Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra layihə rəhbəri və tədbirin moderatoru Fərəh Quliyeva qonağı salamlayaraq layihə və qonaq haqqında məlumat verib. Moderator tərəfindən qonağa ölkələrimiz haqqında əməkdaşlıq, hərbi və istiqadi əlaqələrimiz, Pakistan və Azərbaycan arasında olan dostluq münasibətlərinin tarixi, həmçinin Heydər Əliyev Fondu tərəfindən Pakistanda həyata keçirilən layihələrlə bağlı suallar ünvanlanmışdır.
Cənab Bilal Haye öz çıxışında bildirib ki, Azərbaycan-Pakistan münasibətləri bu gün özünün ən yüksək inkişaf mərhələsindədir. Azərbaycan müstəqilliyini qazandıqdan sonra Pakistanla möhkəm təməllər üzərində qurulan siyasi əlaqələr daim inkişaf etdirilib və həmin münasibətlər bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəldilib.
Səfir qeyd etmişdir ki, Pakistanın Qarabağ məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllində Azərbaycanı dəstəklədiyi kimi, Azərbaycan da, öz növbəsində, Kəşmir problemində İslamabadın mövqeyini daim dəstəkləyir. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun Pakistanda böyük sosial layihələr icra etdiyini, zəlzələdən zərər çəkən ərazilərdə məktəblərin bərpası, o cümlədən, Fondun dəstəyi ilə 2020-ci ildə İslamabadda fiziki qüsurlu şəxslər üçün əlil arabalarının paylandığını vurğulamışdır.
Daha sonra Səfir gənclərin suallarını cavablandırmış, xatirə şəkli çəkdirmişdir.
Sonda cənab Bilal Hayeyə milli atributlarımızı özündə əks etdirən xatirə tablosu təqdim edilmişdir. Cənab Səfir isə Binəqədi gənclərinə Pakistan istehsalı və beynəlxalq turnirlərdə istifadə olunan futbol topu hədiyyə etmişdir.
Bineqedi.info
Bir 9 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 15 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 3 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 8 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar, kostyum və içəridə şəkili ola bilər
Bir 11 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar, kostyum və yol şəkili ola bilər
Bir 13 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 16 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 9 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər