Binəqədidə avtomobillər toqquşub, xəsarət alan var

0
qeza-tecili-yardim-bicaqlanma-kriminal

Bakıda avtomobillər toqquşub, xəsarət alan var.

Bineqedi.info saytı xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda “VAZ” markalı minik avtomobili “Opel” markalı minik avtomobilinə çırpılıb: “Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan “VAZ” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər”.