Azay Quliyev: “Cənubi Qafqaza qalıcı sülhü və barışı gətrimək üçün…”

0
azay quliyev

ATƏT Parlament Assambleyasının Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev özünü sosail şəbəkə hesabında Azərbaycanın Ermənistanla sülh yaratmaq üçün 5 bənddən ibarət olan baza prinsiplərini şərh edib.

Bineqedi.info saytı həmin məqaləni təqdim edir:

“Azərbaycan Ermənistanla münasibətlərini normallaşdırmaq, Cənubi Qafqaza qalıcı sülhü və barışı gətrimək məqsədilə 5 bənddən ibarət baza prinsiplərini Ermənistana təqdim etdi və doğru olaraq bu, prinsipləri ictimailəşdirdi.

Bu prinsiplərdə qeyri-adi heç nə yoxdu, sadəcə, beynəlxalq hüquqa uyğun olaraq Ermənistanla sivil qaydalarla tənzimlənən normal qonşuluq münasibətləri qurmaq istəyirik.

Yəni, hər iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, ərazi iddialarından imtina, gücdən istifadə etməmə, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiyaların açılışı məsələsinin həllini təklif edirik.

Bu, prinsiplərin hamısı Azərbaycanın maraqlarına nə qədər uyğundursa, Ermənistanın da maraqlarına tam cavab verir və əslində bir neçə məsələ, hətta, Ermənistan üçün daha aktualdır.

Məsələn, Azərbaycan II Qarabağ müharibəsinin qalibi kimi çox dürüst və ləyaqətli davranaraq güc tətbiq etməmək və ərazi iddiasından imtina etmək kimi prinsipləri xüsusilə qabardır, hansı ki, bu prinsiplərin qorunmasında daha çox Azərbaycanın tarixi torpaqlarında süni şəkildə yaradılmış Ermənistan maraqlı olmalıdır.

Bu məntiqdən çıxış etsək, Ermənistan qeyd olunan baza prinsipləri əsasında dərhal Azərbaycanla danışaqlara başlamalı və 3-cü tərəfi, hər hansı vasitəçini, xüsusilə ATƏT-in Minsk Qrupunu bu prosesə cəlb etməməlidir. Çünki, beynəlxalq hüququn bu prinsiplərini heç kim nə inkar edə, nə də dəyişdirə bilər.

Ermənistan rəsmilərinin bu prinsiplərə açıq yox deyə bilməməsi səbəbindən sülh prosesini uzatmaq məqsədilə ATƏT-in Minks Qrupunu yenidən diriltmək cəhdi, bu uğursuz qrupun çətiri altında sülh danışıqlarına başlamaq təklifi vaxt itkisindən başqa bir şey deyil.
Ona görə də ATƏT MQ-nun deyil, Avropa İttifaqının bu prinsiplərin həyata keçirilməsində fəal olmasını gözləyirik. Bu günlərdə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycanın irəli sürdüyü baza prinsiplərini dəstəkləyən açıqlamasını bu baxımdan qiymətləndirmək və təqdir etmək lazımdır.

Hesab edirəm ki, Azərbaycan baza prinsiplərini ictimaləşdirməklə, həm Ermənistanı açıq seçim qarşısında qoydu, həm də gələcəkdə 10 noyabr Bəyanatının 4-cü bəndinin Ermənistan tərəfindən icrasını təmin etmək məqsədilə müvafiq addımlar atması üçün movcud əsasları daha da genişləndirdi.”