“Gənclər arasında peşə təhsili və peşə seçiminin təbliği” adlı layihənin təqdimatı keçirilib

0
zerdab-gencler-pese-secimi

“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gənclər arasında peşə təhsili və peşə seçiminin təbliği” adlı layihənin təqdimatını Zərdab şəhər Heydər Əliyev Mərkəzində həyata keçirib.

Bineqedi.info saytına verilən məlumata görə, tədbiri açıq elan edən təşkilatın sədr müavini Eldar Xəlilov gənclərin peşə seçimində düzgün qərar verməsinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı missiya olduğunu bildirib.

Eldar Xəlilov çıxışı zamanı layihənin əhəmiyyətini də qeyd edib: “Aparılan araşdırmaların nəticəsində beynəlxalq təcrübədə peşə seçiminin düzgün aparılmasının faydası barədə məlumat vermək bu istiqamətdə yetişən uğurlu kadrların olması deməkdir. Bütün bu məlumatların verilməməsi və ya araşdırılmaması səbəbindən bu gün gənclər arasında peşə seçimində kəskin fərq yaranmaqdadır. Əksər gənclər ali təhsilə meyl edərək ya real əmək bazarında olan iş yerlərini itirir, ya da həmin işlər qeyri-peşəkarlara həvalə edilir. Bütün bunların doğru məcraya yönəlmələrini təmin etmək üçün ilk növbədə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi təqdim etdiyimiz layihədə öz əksini tapmaqdadır”.

Təşkilatın sədri Vəfa Xəlilli çıxış edərək AR QHT-lərə Dəstək Agentliyi, Təşkilat və layihə haqqında, eyni zamanda layihənin növbəti mərhələləri haqqında məlumat verib.

Təqdimatda Zərdab RİH nümayəndəsi Tural Nağıyev, Zərdab Gİİ nümayəndəsi Ələkbər Kərimov və Zərdab Peşə liseyinin direktor müavini Nur Qasımov qonaq qismində çıxış edərək layihənin önəmindən, cəmiyyətdə vacib problemin həllinə yönəldiyindən bəhs ediblər.

Təqdimat iştirakçılarına materiallar (papka, dəftər, qələm, buklet, təqvim) paylanılıb.

Qeyd edək ki, layihə 4 ay olmaqla Zərdab və Ucar rayonlarında həyata keçiriləcək.

Layihənin məqsədi gənclərin peşə seçimində düzgün qərar vermələrinə, gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, real əmək bazarındakı mövcud vəziyyəti düzgün qiymətləndirərək iş tapmaq problemindən onları azad etməkdən ibarətdir.

image-275033550_286300126804949_1445486044136172504_nimage-275166919_3213551255592018_324366881311597831_nimage-275114575_285739836860098_4755533355341344357_nimage-275099442_1159154424830513_712370601977992664_nimage-275109807_1386714848412581_1331547279301375101_nimage-274987506_1069566206923126_3972127599593177131_n