Binəqədidə yeniyetmə və gənclər arasında birincilik keçirilib – FOTOLAR

0
bineqedi-yaris-gencler
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin və Azərbaycan Roller klubunun birgə təşkilatçılığı ilə Corce Enesku adına parkda 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə yeniyetmə və gənclər arasında roller idman növü üzrə birincilik keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, öncə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev çıxış edib və 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idman ictimaiyyətini, yeniyetmə və gəncləri təbrik edərək onlara uğurlar arzulayıb.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amal Əsgərova söz verilmişdir və o da öz növbəsində bütün idmançıları təbrik edərək fəaliyyətlərində uğurlar arzu etmişdir.
Daha sonra isə söz “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənovaya idman sahəsində fəaliyyət göstərən bütün mütəxəssisləri və idmanla məşğul olan hərkəsi təbrik etdi.
Azərbaycan Roller klubunun rəhbəri Rüstəm Hüseynov və Denis Raxmanin yeniyetmə və gəncləri tədbirin keçirilmə şərtləri ilə bağlı məlumatlandırmış və iştirakçılara təhlükəsizlikləri ilə bağlı təlimatlar verilmişdir.
Tədbirdə iştirak edən bütün idmançılara Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən təşəkkürnamələr verilmişdir.
Qeyd edək ki, Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən, 2006-cı ildə rumın bəstəkarı Corce Eneskunun xatirəsinə salınmış park Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən yenidən qurularaq rayon sakinlərinin istifadəsinə verilmişdir.
Yenidən bərpa edilən istirahət parkı rayonun ən gözəl məkanlarından birinə çevrilib.Parkda vətəndaşların istirahət və asudə vaxtının təşkili üçün müxtəlif infrasturktur yaradılıb. 1 ha sahəni əhatə edən parkda həyata keçirilən yenidənqurma işləri çərçivəsində əraziyə 2025 m2 tamet və 460 m2 asfalt, 430m2 mərmər döşənmişdir. İstirahət guşəsinin ərazisində 15 ədəd oturacaq, 10 ədəd urna, 6 ədəd uşaq əyləncə elementləri, 14 ədəd ışıq torşetləri quraşdırılmış, müxtəlif növ ağaclar əkilmişdir. Parkda 600 m2 sahədə gənclərin asudə vaxtının səmərəli təşkili üçün skeyd meydançası, fiziki məhdudiyyətli şəxslər üçün idman qurğuları quraşdırılmışdır.
May be an image of 4 people, people standing and outdoorsMay be an image of 3 people, people standing and outdoorsMay be an image of 8 people, people standing and outdoors
May be an image of 5 people, people standing and outdoorsMay be an image of 9 people and outdoors
May be an image of 8 people and outdoors
May be an image of 8 people and outdoors
May be an image of 5 people and outdoors
May be an image of 9 people, people standing and outdoors
May be an image of 12 people, people standing and outdoors
May be an image of 6 people, people standing and outdoors
May be an image of 4 people and outdoors
May be an image of 11 people, people standing and outdoors