Binəqədidə qəza tıxaca səbəb olub – FOTO

0
bineqedi qeza

Bakının Binəqədi rayonunda yola iri taxta parçaları dağılıb.

Bineqedi.info saytı APA-ya istinadən bildirir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, “KamAz” markalı yük avtomobilinin sürücüsü enişdə sükana nəzarəti itirib.

Bu zaman nəqliyyat vasitəsinin yük yerində olan iri taxtalar yola dağılıb.

Yük avtomobili isə aşıb.

Qəza zamanı Şamaxinka kimi tanınan ərazidən Biləcəri qəsəbəsi istiqamətinə olan yolda tıxac yaranıb.

Sürücülər alternativ yol kimi Bakı-Sumqayıt şossesindən istifadə edib.

Faktla bağlı araşdırma aparılır.