Binəqədidə Bədən Tərbiyəsi və İdman Günü münasibətilə üzgüçülük yarışı keçirilib – Fotolar

0
bineqedi-gencler-idman-idaresi1

Lokomotiv İdman-sağlamlıq Mərkəzinin Biləcəri İdman Kompleksində 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə yeniyetmələr arasında üzgüçülük yarışı keçirilib.
Bineqedi.info-ya verilən məlumata görə, yarış Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İdman həftəsi” çərçivəsində baş tutub.
Maraqlı idman mübarizəsi şəraitində keçirilən turnirin yekun nəticələrinə əsasən, arxası üstə üzmə yarışında birinci yeri Kənan Musayev tutub. İkinci və üçüncü yerlərə Maqsud Şirinli, Nurlan Hüseynov sahib olublar. Sərbəst üzgüçülük yarışında isə Teyyub Həsənov, Kənan Musayev və Ruslan Kondakov fərqləniblər.
Yarışın qalib və mükafatçılarına müvafiq dərəcəli diplomlar təqdim edilib.

Bineqedi.info

Bineqedi yarısh