Binəqədi məktəblərinin şagirdləri arasında esse müsabiqəsi keçirilib

0
bineqedi-gencler-evi
Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi Rayon Təşkilatının dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı–bəşəriyyətə qarşı tarixi cinayət” mövzusunda esse müsabiqəsi keçirilmişdir.
Bineqedi.info xəbər verir ki, müsabiqənin əsas məqsədi Xocalı soyqırımının 30-cu ildönümünün yad edilməsi, şagirdlər arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, Azərbaycan tarixinin təbliği və istedadlı şagirdlərin inşa-yazı sahəsində öz bacarıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılması olmuşdur.
Müsabiqənin mükafatlandırma mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova iştirak etmiş, iştirakçılara təşəkkürnamələr təqdim edilmişdir.
Bineqedi.info
Bir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 11 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir