Binəqədidə “Xocalım, evimizə qayıdırıq!” adlı tədbir keçirilib – FOTOLAR

0
bineqedi-xocali-anim-tedbir
Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalım, evimizə qayıdırıq!” adlı tədbir keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri – Madər Musayev, Kəmaləddin Qafarov və Səbinə Xasayeva, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov, “Xocalı soyqırımını tanıtma” ictimai birliyinin rəhbəri Ayna Novruzova, aprel şəhidləri Emin Bağırovun atası İmran Bağırov, Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanlı, Vətən müharibəsi qaziləri- Əziz Əzizov, İlkin Kərimli və Orxan Osmanov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin rəhbəri Günel Həsənova, Binəqədi rayonu ərazisində fəaliyyət göstərən QHT sədrləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının ərazi partiya təşkilatlarının sədrləri və üzvləri və rayon ictimaiyyəti iştirak edirdilər.
Tədbirdən öncə qonaqlar Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Binəqədi Rayonu Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə məktəblilərin əl işlərindən ibarət hazırlanmış rəsm sərgisi ilə tanış oldular.
Tədbir şəhidlərin əziz xatirələrinin ehtiramla yad edildikdən sonra Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında “Xocalım, evimizə qayıdırıq!” adlı ədəbi-bədii kompozisiyanın təqdimatı ilə açıq elan olundu.
Tamaşadan sonra tədbiri giriş nitqi ilə açan Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov qonaqları salamlayaraq tamaşa haqqında geniş məlumat verdi. O, bildirdi ki, Azərbaycan Respubliaksı Prezidenti cənab İlham Əliyevin Xocalı soyqırımın 30-cu ildönümü ilə bağlı müvafiq Sərəncamına uyğun olaraq Şuşa Dövlət Musiqili Dram Teatrı “Xocalıya Ədalət” kampaniyası çərçivəsində fevral ayının 23-dən etibarən anım mərasimləri keçirəcəkdir. Bu gün isə ilk olaraq Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və rayon ictimaiyyəti ilə birgə “Xocalım, evimizə qayıdırıq!” adlı tamaşanı izlədik. Tamaşa Xocalıda baş verən hadisələrə ithaf olunmuşdur. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən Vətən müharibəsində qazanılan Böyük Qələbə sevincini yaşadıq. Lakin xalqımız Xocalıda baş verənləri və onların əziz xatirəsini biz heç vaxt unutmayacaq.
Daha sonra Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov çıxışında əvvəlcə aktyorlara öz minnətdarlığını bildirərək əlavə etdi ki, erməni fitnəkarlığından bəhs edən tamaşa 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə erməni və rus hərbi birləşmələrinin Xocalı şəhərini işğal etdiyi zaman öz doğma yurd-yuvalarından didərgin düşmüş insanların faciəli taleyini, onların saf hisslərini, psixoloji və mənəvi durumunu təsirli səhnələrlə əks etdirir. Vüsar İsmayılov həmçinin Xocalı soyqırımında ermənilərin törətdikləri vəhşiliklərdən, soyqırımla bağlı tarixi faktlardan söz açdı. Həmin dövrü tarixi aspektlərdən təhlil edən Vüsar İsmayılov bu soyqırımın Azərbaycan xalqının müstəqillik qurmaq niyyətinin qarşısını almaq üçün həyata keçirildiyini bildirdi.
Daha sonra “Xocalı soyqırımını tanıtma” ictimai birliyinin rəhbəri Ayna Novruzova Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılmasından, bu faciənin xalqımıza qarşı törədilən soyqırım aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımların ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra geniş vüsət tapdığını, Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini, fevralın 26-sının Xocalı Soyqırımı Günü elan edildiyini vurğuladı və o dəhşətli gecənin şahidi kimi təəsuratlarını bölüşdü, şəhidlərin qanının yerdə qalmadığını bildirdi.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kəmaləddin Qafarov çıxışında bildirdi ki, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırmış və faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılmış, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olmuş və bilmişlər ki, ermənilər öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən, hətta uşaqları belə qətlə yetirməkdən çəkinməmişlər. Həmçinin əlavə etdi ki, “Xocalı faciəsi”nin 30-cu ildönümü yaşansa da, hələ də Azərbaycanın bütün vətəndaşlarının o dəhşətli, faciəli gecəni, xalqımızın başına gətirilən bəlaları unutmadığını, milli azadlıq, müstəqillik uğrunda qəhrəmanlıq göstərən oğul və qızlarımızı hörmətlə yad etdiklərini bildirdi.
Sonda çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev tamaşa haqqında təəssüratlarından bəhs edərək əlavə etdi ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmış, tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və ermənilər tərəfindən kütləvi qırğınlarla üzləşmişdir. 27 sentyabr – 10 noyabr 2020-ci il tarixlərdə işğal olunmuş torpaqların düşməndən azad edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətin nəticəsində rəşadətli Azərbaycan Ordusu tarixi torpaqlarımızı azad etdi və Xocalı şəhərində erməni terrorçularının törətdiyi vəhşiliklərin qisasını aldı. Mənfur düşmən Xocalı soyqırımında olduğu kimi, 44 günlük Vətən müharibəsi dövründə də insanlıq əleyhinə cinayətlərini davam etdirmişdir. Elxan Allahverdiyev vətənpərvərlik mövzusunda olan belə tamaşaların orta ümumtəhsil müəssisələrində də nümayiş etdirilməsini tövsiyə edərək, yetişməkdə olan gənc nəsil arasında milli ruhun və baş verən hadisələrin təbliğatının vacibliyi qeyd etdi.
Tədbir iştirakçıların Xocalı faciəsi haqqında xatirələrini və tamaşanın təəssüratlarını bölüşməklə davam etdirildi.
May be an image of 8 people and people standingMay be an image of 5 people and people standing
May be an image of 3 people and people standing
May be an image of 1 person and standing
May be an image of 1 person and indoor
May be an image of 2 people, people standing and indoor
May be an image of 8 people, people standing and indoorMay be an image of 5 people, people standing, indoor and text that says 'Xocaliya 26 Odalat Xocalıda töradilmiş soyqrımı naticasinda 613 nafor öldürülüb 30 uşaq 106 qadın 70 qoca 1275 nefa asir götürülüb 8 aile tamamila mahv edilib 25 uşaq ikivalideynini itirib 130 uşaq valideynlerindan birini itirib 微 155 nefer itkin düşüb'
May be an image of 4 people and indoor
May be an image of 3 people and indoor
May be an image of 6 people, people standing and indoor
May be an image of 6 people, people standing, indoor and text that says 'Xocalıda töradilmiş soyqrımı naticasinda 613 nafer öldürülüb 30 30 63 uşaq 106 qadın 70 qoca 1275 nafer asir götürülüb aile tamamile mahv edilib uşaq her iki valideynini itirib uşaq valideynlerinden birini itirib 155 nefer itkin düşüb'
May be an image of 1 person and standing
May be an image of 1 person and standing
May be an image of 5 people, people standing, indoor and text that says 'Xocalıya Odale Xocalıda töredilmiş soyqrımı naticasinde 613 nefer öldürülüb 30 63 uÈaq 106 qadın qoca nafar asir götürülüb aile tamamile mahv edilib uşaq har iki valideynini itirib 30 uşaq valideynlerinden birini itirib 55 nefer itkin düşüb'
May be an image of 12 people, people standing and indoor
May be an image of 3 people, people sitting, people standing, suit and indoor
May be an image of 4 people, people sitting, suit and indoor
May be an image of 3 people, people standing and indoor
May be art of 2 people