Şəhidin barelyefinin açılışı olub – FOTOLAR

0
bineqedi-sehid-acilis
Vətən müharibəsi şəhidi Qurbanov Davud Tariyel oğlunun doğum günündə yaşadığı Asəf Zeynallı 27 A ünvanında yerləşən binanın önündə barelyefinin açılışı olub.
Bineqedi.info saytı xəbər verir ki, açılış mərasimində YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, şəhidin ailə üzvləri, qeyri-hökümət təşkilatlarının rəhbərləri, Binəqədi rayon ictiamiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. Davud Qurbanovun rayon təşkilatının sıralarında təmsil olunmasının yüksək fəxarət və qürur hissi doğurduğunu bildirərək, partiya üzvü kimi şəhidin aktiv fəaliyyətindən bəhs edib. Davud kimi şəhidlərimizin qanının yerdə qalmadığı, onların əziz xatirələrinin daim qəlblərdə yaşayacağı vurğulanıb.
Daha sonra çıxış edənlər – professor Elmira Süleymanova və şəhidin ailə üzvləri şəhidin qəhrəmanlığından, vətənpərvərliyindən söz açaraq, onunla bağlı xatirələrini bölüşüblər.
Sonda mərasimdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Bineqedi.info
Bir 11 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 14 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir