Binəqədi rayonu 313 №-li məktəbdə çempion idmançılarla şagirdlərin görüşü keçirilib – FOTOLAR

0
bineqedi-313-nomreli-mekteb
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə imzaladığı əsasnaməyə əsasən, “Çempionumuz” sosial idman layihəsi çərçivəsində Binəqədi rayonu 313 №-li məktəbdə para-taekvondo idman növü üzrə dünya çempionatında bürünc medal qazanan Sabir Zeynalov və Taekwonda üzrə Avropa çempionatının qalibi Həsənli Məhəmməd ilə məktəblilərin görüşü keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev, Binəqədi rayonu 313 №-li məktəbin direktoru Zakir Bayramov, para-taekvondo idman növü üzrə dünya çempionatında bürünc medal qazanan Sabir Zeynalov və Taekwonda idman növü üzrə Avropa çempionatının qalibi Məhəmməd Həsənli, idmançıların məşqçi-müəllimi Vüqar Şükürov və gənclər iştirak edib.
İlk öncə Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra idarənin baş məsləhətçisi Elvin Quliyev tədbir iştirakçılarını salamlayaraq tədbirlə bağlı məlumat verib və idmançımızın ümumi idman nailiyyətlərindən söz açıb.
Daha sonra söz Binəqədi rayonu 313 №-li məktəbin direktoru Zakir Bayramova verilib.
O, tədbir iştirakçılarını salamladıqdan sonra, tədbirin təşkil olunmasına görə Binəqədi Rayon Gənclər və İdman İdarəsinə xüsusi təşəkkürünü bildirib. Daha sonra söz idmançıların məşqçi müəllimi Vüqar Şükürova verildi.
O, idmaçıların keçdiyi çətin amma uğura aparan yollardan söz açaraq gəncləri marifləndirib. Çıxışa idmançılarımız davam edərək qazandığı nailiyyətlər barəsində gənclərə məlumat veriblər.
Tədbir idmançımızın gəncləri marağlandıran suallarını cavablandırması ilə davam edib.
Yekunda idmançımılarımıza idarə tərəfindən Fəxri Fərman verildi və məktəbdə təşkil olunmuş guşədə məktəblilər və pedoqoji heyət ilə xatirə şəkilləri çəkilib.
Bineqedi.info
Bir 5 kişi ve ayakta duran insanlar görseli olabilirBir 4 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilir
Bir 4 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 10 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 10 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 2 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 9 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 9 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 10 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 10 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 5 kişi, ayakta duran insanlar, oturan insanlar ve iç mekan görseli olabilir