Binəqədidə 4 nəfər dəm qazından zəhərlənib

0
resulzade-qesebesi-bineqedi-rasulzade

Bakıda zəhərlənmə hadisələri baş verib.

Hadisələr Binəqədi rayonu ərazisində qeydə alınıb.

Rayonun Əcəmi Naxçıvani küçəsində 1986-cı il təvəllüdlü İbrahimli Ləman Mamed qızı, rayonun Biləcəri qəsəbəsində 1988-ci il təvəllüdlü Musayev Rudif Murtuzəli oğlu, Mədən 2 küçəsində 1994-cü il təvəllüdlü Cabbarova Jalə Telman qızı və Osman Mustafayev küçəsində 2000-ci il təvəllüdlü Əbdülrəhmanov Fərid İlham oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər

Zərərçəkmişlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisələrin təfərrüatı araşdırılır. “Report”