Binəqədi rayonunda Vətən müharibəsinin şəhidlərinin əziz xatirəsinə həsr olunmuş futzal turniri keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 7 fevral 2022-ci il tarixində 205 №-li tam orta məktəbdə Vətən müharibəsinin şəhidlərinin əziz xatirəsinə həsr olunmuş futzal turniri keçirilib.
“Futzal” turnirinin nəticəsinə əsasən, 1-ci yeri 205 №-li tam orta məktəbin komandası, 2-ci yeri 179 №-li tam orta məktəbin komandası, 3-cü yeri 3 №-li tam orta məktəbin komandası tutubb.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev iştirak edib.
Bineqedi.info










