Bakıda nazirliyə məxsus kabel kəsilərək oğurlanıb

0
bineqedi-rayon-polis-idaresi-43-polis-bolmesi-qirxucuncu1

Bakıda nazirliyə məxsus kabel kəsərək oğurlanıb.

Bineqedi.info saytı xəbər verir ki, bubarədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il noyabrın 20-də Görədil qəsəbəsi ərazisində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus 120 metr kabeli kəsərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Mirsamir Mirbala oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.