Binəqədidə avtomobil ana və qızını vurub

0

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1972-ci il təvəllüdlü Süleymanova Sədaqət A. qızı və onun övladı, 1997-ci il təvəllüdlü N. Nuranə Mirəziz qızını vurub.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Araşdırma aparılır.

Bineqedi.info