Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ekskursiya təşkil olunub – FOTOLAR

0
2 Fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə elan olunmuş “Gənclər həftəsi” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, “GÜVƏN” Xeyriyyə və Dostluq Cəmiyyəti və “Suraxanı” Gəmi-Muzeyin birgə təşkilatçılığı ilə şəhid və qazi övladları, fiziki məhdudiyyətli yeniyetmə və gənclər, həmçinin İdarənin kollektivinin iştirakı ilə “Suraxanı” Gəmi-Muzeyə ekskursiya təşkil olunub.
Bineqedi.info saytına verilən məlumata görə, ekskursiya çərçivəsində iştirakçılar “Suraxanı” Gəmi-Muzeylə yaxından tanış olublar.
Ölkəmizdə qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən Muzey tarixi eksponatlarla zəngindir.
Muzeyin zallarında tətbiq olunan ən müasir texnoloji həllər nümayiş olunmuşdur. Maraqlı ekspozisiyalarından biri də okean və dənizlərdən yığılan flora və fauna nümunələrinin sərgiləndiyi guşədir. Həmçinin İkinci Dünya müharibəsi illərində, eləcə də 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan dənizçilərinin yer alan qəhrəmanlıq salnaməsi, ulu öndər Heydər Əliyevin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin inkişafında göstərdiyi xidmətlər haqqında interaktiv kitab, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dənizçilik sahəsində həyata keçirdiyi layihələri əks etdirən info-monitor iştirakçılara təqdim olunub.
Bineqedi.info
Bir 8 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 5 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir
Bir 10 kişi, ayakta duran insanlar, ayakkabı ve iç mekan görseli olabilir
Bir 7 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 8 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 11 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 7 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 8 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 8 kişi, oturan insanlar, ayakta duran insanlar, yiyecek ve iç mekan görseli olabilirFotoğraf açıklaması yok.
Bir 9 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir