Şuşa və Ağdamla bağlı ildə bir dəfə səfər məhdudiyyəti ləğv olundu

0

“İşğaldan azad edilmiş ərazilərə hər kəs istədiyi qədər səfər edə bilər. Artıq hər istiqamət üzrə ildə bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb”. 

Bineqedi.info saytı xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin  məlumatında bildirilib.

Qərar vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq verilib.

Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.

İlkin mərhələdə vətəndaşlara hər istiqamət üzrə ildə bir dəfə səfər etmək məhdudiyyəti qoyulmuşdu.

Xatırladaq ki, yanvarın 24-də Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib.

Bineqedi.info

Qarabağa ildə bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb