Binəqədidə qanunsuz parklanmaya qarşı reyd keçirilib – Video

0

Sabunçu və Binəqədi rayonlarında qanunsuz parklanma ilə əlaqədar bu gün keçirilən reydlər zamanı 175 nəfər cərimə olunub.

Bineqedi.info saytı xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar yol polisi tərəfindən təkcə Bakı şəhərinin mərkəzi küçələrində yox, ətraf ərazilərdə də reydlər keçirilir.

Bakıxanov qəsəbəsində gün ərzində keçirilən reydlərdə 90 yaxın sürücü barəsində inzibati protokol tərtib edilib, qanunsuz olaraq parklama xidməti təşkil edən 12-yə yaxın şəxs də müəyyən edilib və həmin şəxslər də inzibati məsuliyyətə cəlb olunublar.

Analoji tədbir Binəqədi rayonu ərazisində də həyata keçirilib. Qayda pozuntusuna yol verən 73 sürücü barəsində inzibati protokol tərtib edilib.