7-ci mikrorayonda 54 yaşlı kişini maşın vurdu

0
yeddinci-mikrorayon-7-ci-mikrorayon

Bakıda avtomobil 54 yaşlı kişini vurub.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Yeddinci mikrorayon ərazisində 1968-ci il təvəllüdlü Hüseynov Eldar Nizami oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

Bineqedi.info