Binəqədi rayonunda 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş keçirildi – FOTOLAR

0
bineqedi-yanvar-gorus
Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi Rayon təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş keçirilib. Bineqedi.info saytına verilən məlumata görə, görüşdə YAP Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sabir Əliyev və Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın sədri Aslan Mehdiyev iştirak ediblər.
Tədbirdə Qanlı Yanvar faciəsində, vətənin azadlığı, müstəqilliyi uğrunda canından keçən igid oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti baçışısının müavini Sevinc Süleymanova çıxış edərək bildirdilər ki, “1990-cı il 20 yanvar tarixi Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, xalqın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin oyanışı günüdür. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə sovet qoşunlarının dinc əhaliyə qarşı törətdiyi qəddarlıq xalqımızda azadlıq əzmini zəiflətməmiş, əksinə xalq haqq səsini daha ucadan bəyan etmişdir. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə canlarından keçərək Şəhidlik zirvəsinə ucaldılar. Həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edərək xalqımızın başına gətirilən müsibətləri, haqq səsini bütün dünyaya çatdırdı. Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi. 20 Yanvar – “Ümumxalq Hüzn Cünü” elan edildi. Həmin gün Azərbaycanın istiqlal yolunun zirvəsi, uzun illər sovet imperiyasının tərkibində yaşayan xalqımızın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm şəhidlərimizin anım günü, həm də ölkəmizin ərazi bütövlüyü, azadlığı uğrunda mübarizə aparan xalqımızın birliyi günüdür. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər, 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi, dövlət başçısının “Şəhidlər Xiyabanı” kompleksinin yenidən qurulması ilə bağlı imzaladığı sərəncam şəhidlərimizin xatirəsinə ehtiramın daha bir nümunəsidir. Bu gün bu tarixi böyüməkdə olan yeniyetmə və gənclər arasında təbliğ etmək ən vacib məsələlərdən biridir. 20 Yanvar hadisələri, böyük Zəfərlə başa çatan Vətən müharibəsi göstərdi ki, xalqımızın birliyi qarşısında heç bir qüvvə tab gətirə bilməz. Bütün bunlar tariximizin şərəf, qürur səhifələridir”.
Daha sonra “20 Yanvar Cəmiyyəti”nin sədri Mübariz İsmayılov çıxış edərək, şəhid ailərinin, sağlamlığını itirən əllilərin pensiya təminatının, sosial təminatlarının, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi, əlillərin reabilitasiyası ilə bağlı göstərilən dövlət qayğısından söhbət açdı.
Rayon ərazisində göstərilə diqqət və qayğıya görə Rayon İcra Hakimiyyəti baçşısına cəmiyyət üzvləri adından təşəkkürünü bildirdi.
Bineqedi.info
Bir 11 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 7 kişi, ayakta duran insanlar ve çiçek görseli olabilirBir 4 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilirBir 5 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 3 kişi, ayakta duran insanlar ve oturan insanlar görseli olabilirBir 5 kişi ve çiçek görseli olabilir
Bir 5 kişi ve çiçek görseli olabilir
Bir 4 kişi ve oturan insanlar görseli olabilir
Bir 12 kişi ve ayakta duran insanlar görseli olabilir