Binəqədidə park yenidən qurularaq sakinlərin istifadəsinə verilib – VİDEO

0
bineqedi-park-corce-enesku
Bakının Binəqədi rayonu Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən, 2006-cı ildə rumın bəstəkarı Corce Eneskunun xatirəsinə salınmış park yenidən qurularaq rayon sakinlərinin istifadəsinə verilib.
Bineqedi.info saytı xəbər verir ki, yenidən bərpa edilən istirahət parkı rayonun ən gözəl məkanlarından birinə çevrilib. Parkda vətəndaşların istirahət və asudə vaxtının təşkili üçün müxtəlif infrasturktur yaradılıb.
1 hektar sahəni əhatə edən parkda həyata keçirilən yenidənqurma işləri çərçivəsində əraziyə 2025 m2 tamet və 460 m2 asfalt, 430m2 mərmər döşənib. İstirahət guşəsinin ərazisində 15 ədəd oturacaq, 10 ədəd urna, 6 ədəd uşaq əyləncə elementləri, 14 ədəd işıq torşetləri quraşdırılıb, müxtəlif növ ağaclar əkilib. Parkda 600 m2 sahədə gənclərin asudə vaxtının səmərəli təşkili üçün skeyd meydançası, fiziki məhdudiyyətli şəxslər üçün idman qurğuları quraşdırılıb.
Bineqedi.info