Binəqədidə əvvəllər məhkum olunmuş şəxsdə tapança aşkarlanıb

0
bineqedi-rayon-polis-idaresi-43-polis-bolmesi-qirxucuncu1

Binəqədi rayonunda əvvəllər məhkum olunmuş şəxsdə silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bineqedi.info saytına verilən məlumata görə, rayon polis idarəsinin 43-cü polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş İ.Həsənovdan “CZ-27” markalı tapança aşkarlanaraq götürülüb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən təhqiqat aparılır.

Bineqedi.info