Binəqədidə 35 yaşlı şəxs intihara cəhd edib

0

Bakıda 35 yaşlı kişi intihara cəhd edib.

Bineqedi.info xəbər verir ki, report-un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. 1987-ci il təvəllüdlü Əliyev C. A. oğlu şüşə parçası ilə özünə xəsarət yetirib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki saidin çoxsaylı kəsilmiş yaraları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.