Binəqədidə şirkətdən 9 min manatlıq material oğurlanıb

0
bineqedi

Bakıda şirkətlərdən birinin deposundan 9150 manat dəyərində olan dəmir profil və dirəklər oğurlanıb.

Bineqedi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində şirkətlərdən birinin deposundan 5000 manat dəyərində dəmir profillər və 4150 manat dəyərində dəmir dirəklər və naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar E.İbrahimov, İ.Osmanov və E.Mehdiyev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bineqedi.info