Binəqədidə həyat yoldaşını bıçaqlayan şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb

0

Binəqədidə həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən X. Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

İşə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin edilib.

Qeyd edək ki, sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü T. Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri X. Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı T. Hüseynovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

Xalid Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.report