Prezident İlham Əliyev AzərTAC-ın yeni binası ilə tanış oldu – Fotolar

0
prezident-ilham-eliyev-azertac

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 27-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AzərTAC-ın yeni binası ilə tanış olub.

Bineqedi.info xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov dövlət başçısına binada yaradılan şəraitlə bağlı məlumat verib.

Bildirilib ki, yeni bina Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən Bakının Atatürk prospekti 70 ünvanında inşa olunub. Bina zirzəmi qatı (avtodayanacaq) ilə birlikdə 9 mərtəbədən ibarətdir. Müasir standartlara uyğun inşa olunmuş və 8 ballıq zəlzələyə davamlı binada yüksək təhlükəsizlik tədbirləri görülüb, yanğından mühafizə və yanğın xəbərverici sistemlər quraşdırılıb, hər birinin 100 ton tutumu olan 2 yeraltı ehtiyat su anbarı tikilib.

Səkkizguşəli ulduz formasında layihələndirilmiş binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli Liderimizin, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mətbuatla bağlı tədbirlərdə iştirakını, yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanımızın İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlər yaradılıb, AzərTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqların nümunələrindən ibarət muzey təşkil olunub.

Qeyd edilib ki, ilk xəbəri 1920-ci il martın 2-də işıq üzü görən Agentlik Azərbaycan Xalq Cümhuriyyətində baş verən hadisələri, hökumətin gördüyü işləri cəmi 58 gün işıqlandıra bilib. Sovet dönəmində isə ictimai-siyasi hadisələrdən asılı olaraq, fərqli aqibətlə üzləşib, adı 7 dəfə dəyişikliyə məruz qalıb.

AzərTAC-ın yeni binası ilə tanışlıqdan sonra Prezident İlham Əliyev dedi: Əməkdaşlara salam deyin.

Aslan Aslanov: Hamısının Sizə salamları var.

Bineqedi.info