İstirahət günü hava necə olacaq? – Proqnoz açıqlandı

0
hava-proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti dekabrın 26-da müşahidə ediləcək hava şəraiti ilə bağlı məlumat yayıb.

Bineqedi.info xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi arabir  güclənəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 7-9° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi  766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə ediləcək, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-15° şaxta, gündüz 0-5° şaxta, bəzi yerlərdə 3°-dək isti olacaq. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 26-da Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi  meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Bineqedi.info