Binəqədidə “Gender zorakılığına son!” adlı tədbir keçirilib – FOTOLAR

0
bineqedi-gender-zorakiligi
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Xocasən bələdiyyəsi, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin təşkilatçılığı ilə 103 saylı tam orta məktəbdə 25 noyabr -10 dekabr “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində “Gender zorakılığına son!” adlı tədbir keçirilmişdir.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatı, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Orxan Əliyev, 103 saylı tam orta məktəbin direktoru Səma Həziyeva, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin hüquqşünası Pərviz Eyyubov psixoloqu Nərgiz Abbasova, müəllimlər və valideynlər iştirak etmişlər.
Məktəbin direktoru Səma Həziyeva tədbir haqqında ətraflı məlumat verdikdən sonra, Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova çıxış edərək bildirdi ki, tədbirin məqsədi ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində ictimaiyyəti maarifləndirməkdir. Məişət zorakılığına məruz qalan şəxslər belə problemlərlə qarşılaşdığı hallarda susur, yardıma ehtiyacları olduqları halda onu qəbul etməkdən çəkinirlər. Çox az hallarda qurbanlar bu barədə hüquq mühafizə orqanlarına müraciət edir. Bir sıra hallarda yaxınlarından, qohumlarından utanırlar, ailədə aldıqları tərbiyə, adət-anənə onlara şikayətçi kimi çıxış etməyə imkan vermir. Belə halların qarşısının alınması məqsədilə pilot layihə olaraq, müraciət edən şəxsin anonimliyi qorunmaq şərti ilə Xocəsən bələdiyyəsinin inzibati binasında yaxın zamanlarda müraciətlər qutusu yerləşdirilməsi nəzərdə tutulmuşdur. Müraciət edənlərə komissiyanın mütəxəssisləri tərəfindən hüquqi və psixoloji dəstək göstəriləcəkdir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Orxan Əliyev çıxışında məişət zorakılığının Azərbaycanda geniş yayılmış gender problemi olduğunu qeyd etdi. Məişət zorakılığı spesifik olaraq genderlə bağlı olan bir davranışdır. Zorakılığı törədən kəslərin böyük hissəsini ənənəvi olaraq məhz kişilər təşkil edir. Məişət zorakılığı çox zaman qadına qarşı törədilən zorakılıq olduğuna görə buna gender əsaslı şiddət də deyilir. Daima məişət zorakılığı yaşanan ailədə böyüyən uşaqlar yetərincə qayğı və sevgi görmürlər, onlarda özlərinə qapanma, utancaqlıq, dərslərində geriləmələr müşahidə olunur və təlim-tərbiyələrində ciddi çatışmazlıqlar yaranır. O. Əliyev məişət zorakılığının sonradan öyrənilən bir davranış forması olduğunu bir daha vurğulayaraq qeyd etdi ki, belə mühitdə böyüyən uşaqlar da gələcəkdə öz ailələrində problemlər yaşatmağa meyilli olurlar. Ruhi və fiziki sağlamlığında qüsurlar olan, eləcə də ölkənin sosial həyatında aktiv iştirakçılığını təmin edəcək təlim-tərbiyəsi düzgün aparılmamış uşaqlar cəmiyyətin inkişafında əhəmiyyətli rol oynaya bilmirlər, deyə əlavə etdi.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin hüquqşünası Pərviz Eyyubov çıxışında qeyd etdi ki, statistika və aparılan sorğular onu deməyə əsas verir ki, dünyanın bir çox ölkələrində zorakılıq və xüsusən də gender əsaslı zorakılıqlar hələ də davam etməkdədir. Məişət zorakılığının qarşısının alınması insanların təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyət kəsb edir. Məişət zorakılığının və ya ailədə zorakılıq hallarının yalnız bir ailənin deyil, cəmiyyətin təhlükəsizliyinin əsasları üçün təhdid olunmasından, total xarakter daşımasından, məişət zorakılığına qarşı mübarizənin bütün cəmiyyəti əhatə etməsindən və bu sahədə həssas yanaşmasından söhbət gedir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına istinad edən P.Eyyubov çıxışında cəmiyyətdə maarifləndirmə işinin aparılmasını xüsusi olaraq qeyd etdi və qanunun maddələrindən sitat gətirərək təhlil etdi.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin psixoloqu Nərgiz Abbasova məişət zorakılığından zərər görmüş şəxslərin müdafiəsi tədbirlərindən danışaraq bildirdi ki, müvafiq icra hakimiyyətləri tərəfindən yardım mərkəzləri təşkil olunur və bu xidmətlər ödənişsiz olaraq həyata keçirilir. Yardım mərkəzlərinin fəaliyyətinə zərər çəkmiş şəxslərə hüquqi və tibbi yardımın göstərilməsi, işlə təmin edilməsi, psixoloji reabilitasiya və psixoloji korreksiya kursları keçirilməsi kimi məsələlər daxildir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırıldı.
Bineqedi.info
Bir 10 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 10 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilər
Bir 8 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 10 nəfər, oturan insanlar və içəridə şəkili ola bilər
Bir 12 nəfər, oturan insanlar və içəridə şəkili ola bilərBir 14 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilər
Bir 5 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar, ayaqqabı və içəridə şəkili ola bilər