Binəqədidə 51 yaşlı kişi hücuma məruz qalıb

0
dava-doyulme

Bakının Binəqədi rayonunda döyülmə hadisəsi baş verib.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü Məmmədov T. Yaqub oğlu tanıdığı 4-5 şəxs tərəfindən döyülüb.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qabırğanın sınığı, burunun yumşaq toxumalarının və döş qəfəsinin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.