Binəqədidə Ulu Öndərin anım gününə həsr olunmuş müsabiqə keçirilib – FOTOLAR

0
bineqedi-anim-ulu-onder
Binəqədi rayonunda ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş inşa-yazı və şeir müsabiqəsi keçirilmişdir.
Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının, Binəqədi rayon Gənclər və İdman İdarəsinin, Binəqədi rayon 6 Saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Əbədiyaşar Liderimiz” mövzusunda Binəqədi rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa-yazı və şeir müsabiqələri keçirilmişdir. Müsabiqələrin keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyev irsinin və azərbaycançılıq məfkurəsinin yeniyetmə və gənclər arasında geniş təbliğ edilməsi, anım gününün qeyd olunması və istedadların üzə çıxarılması olmuşdur.
Müsabiqələrin mükafatlandırma tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi rayon 6 Saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ziyat Nəbiyev və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Zeynal Rəşidli iştirak etmişdir.
Binəqədi Rayon İcra Hakimiyyətinin müavini Sevinc xanım Süleymanova çıxışında ulu öndər Heydər Əliyevin dövlət quruculuğu və siyasi fəaliyyəti barədə ətraflı məlumat verərək keçdiyi şərəfli və mənalı həyat yolundan, ölkəmizə rəhbərlik etdiyi dövrdə gördüyü işlərin əhəmiyyətindən danışmışdır. Çıxışının sonunda Sevinc xanım bildirmişdir ki, bu günümüzə nəzər salanda bir daha əmin oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, həyata keçirdiyi proqramlar, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil.
Çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva qeyd etmişdir ki, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının qurucusu, müdrik dövlət xadimi Heydər Əliyevi hər zaman böyük ehtiramla yad edib, Onun əziz xatirəsini daim uca tutmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilib, Azərbaycan əbədi müstəqilliyə qovuşub.
“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Zeynal Rəşidli də çıxış edərək müsabiqə iştirakçılarını təbrik etmiş və ümummilli liderimiz Heydər Əliyevlə bağlı fikirlərini bölüşmüşdür.
Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev isə çıxışında Ulu Öndərin gənclər siyasətini xüsusi vurğulamış və qeyd etmişdir ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, tərbiyə alması Heydər Əliyev siyasətinin ana xətti olmuşdur. Müstəqil Azərbaycanın bu günü və gələcəyi üçün etdiyi xidmətlərinə görə ümummilli liderimiz, müdrik siyasətçi Heydər Əliyev xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
Sonda müsabiqələrin qaliblərinə müvafiq dərəcəli diplomlar verilmiş, digər iştirakçılara həvəsləndirici fərqlənmə diplomları və təşəkkürnamələr təqdim olunmuşdur.
Bineqedi.info
Bir 8 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 9 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 8 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 1 nəfər, uşaq, ayaqda və içəridə şəkili ola bilər
Bir 10 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilər
Bir 3 nəfər və içəridə şəkili ola bilər