Binəqədidə yerləşən musiqi məktəbləri – Müslüm Maqomayev adına 26 nömrəli Musiqi Məktəbi

0
Muslum Maqomayev adina 26 nömrəli Musiqi Mektebi

Bakı şəhər Binəqədi rayonu  26 nömrəli onbirillik musiqi məktəbi 31 may 1978-ci il tarixli Azərbaycan SSR Mədəniyyət Naziri Z. N. Bağırovun  231 №-li əmri əsasında yaranıb.

Bineqedi.info saytı xəbər verir ki, məktəbdə 28 sinif otağı və 80 nəfərlik konsert zalı var.

5 aprel 2011-ci il Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 №-li qərarına əsasən Bakı şəhəri 26 №-li Uşaq musiqi məktəbinə görkəmli müğənni və bəstəkar, SSRİ xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin adı verilib. 2014-cü ildən məktəb onbirillik təhsil sisteminə keçib.

2014-cü ildə məktəbin binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.

Məktəbdə fortepiano, violin, fleyta, klarnet, ksilofon, tar, kamança, saz, kanon, qarmon, nağara, xanəndə ixtisasları üzrə 440 şagird təhsil alır, 104 müəllim çalışır.

Məktəbin direktoru: Gülşən Quliyeva

Tədris işləri  üzrə direktor müavini: Sevda Mahmud qızı Əhmədova

Fortepiano şöbəsinin müdiri: Parşkova Svetlana Mixaylovna

Xalq çalğı alətləri şöbəsinin müdiri: İlham Becan oğlu Hüseyn

Orkestr şöbəsinin müdiri: Nahidə Mansur qızı Əliyeva

Nəzəriyyə şöbəsinin müdiri: Ülkər Rövşən qızı Əfəndiyeva

Məktəbin ünvanı: 9-cu mikrorayon, M.Cəlal küçəsi 105

Telefon: (012) 560-05-40

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin