Binəqədidə liftin avadanlıqlarını oğurlamağa cəhd göstərmiş keçmiş məhkum saxalanıb

0
yeddinci-polis-bineqedi

C. Xəndan küçəsindəki 4 saylı binanın girişindən liftin avadanlıqlarını oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z. Nəsirov Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, onun barəsində aparılmış tədbirlərlə həmin şəxsin başqa binadan liftin əyləc sarğısını oğurlaması da müəyyənləşdirilib.

Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bineqedi.info