Binəqədidə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

0
yangin-sobsan

Bakıda yanğın hadisəsi olub.

Bineqedi.info saytı xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının on üçüncü mərtəbəsində liftin qarşısına yığılan taxta tullantıları 5 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin