Binəqədidə 13 yaşlı yeniyetmə qız 10-cu mərtəbədən yıxılıb

0
tecili yardim

Bakıda yeniyetmə hündür mərtəbəli yaşayış binasından yıxılıb.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Cavadxan küçəsində hündürmərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən mənzildə yaşayan Abdullazadə Z. A. qızı ehtiyatsızlıq nəticəsində yerə yıxılıb.

Ağır xəsarətlər alan yaralı əraziyə çağırılan təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma, qapalı kəllə-beyin travması və bədənin çoxsaylı sınıqları diaqnozları qoyulub.

On üç yaşlı qızda komatik vəziyyət müşahidə olunur. Z.Abdullazadənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.