YAP Binəqədi rayon təşkilatının ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı – FOTOLAR

0
yap-bineqedi-vusar
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının Azadlıq prospekti 179 ünvanlı ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, hesabat-seçki yığıncağını giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov yığıncaq iştirakçılarını salamlayıb. Bu ilin mart ayının 5-də keçirilən partiyanın VII Qurultayından bəhs edən Vüsar İsmayılov yeni Nizamnamə və proqramın qəbul edilməsindən, eləcə də struktur dəyişikliklərindən bəhs edib. Bu islahatların partiyanı gələcək inkişafına əsaslı zəmin yaratdığını bildirib.
Çıxışının davamında rayon təşkilatı tərəfindən görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.
Ərazi ilk partiya təşkilatının daha da sistemli və keyfiyyətli fəaliyyət göstərməsi istiqamətində müvafiq tapşırıq və tövsiyyələrini verib.
Ərazi ilk partiya təşkilatının sədri Yunis Hüseynov gündəlikdə duran məsələlər barədə məlumat verib.
Bildirib ki, hesabat-seçki yığıncağının gündəliyində əsasən iki məsələ – ərazi ilk partiya təşkilatının sədrinin partiyanın VI Qurultayından ötən müddət ərzində fəaliyyətinə dair hesabat məruzəsinin dinlənilməsi, sədr və sədr müavininin seçilməsi məsələləri müzakirə olunacaq. Sədr daha sonra geniş hesabat məruzəsi ilə çıxış edərək, ərazi ilk partiya təşkilatının fəaliyyəti və gördüyü işlər haqqında danışıb.
Yığıncaqda çıxış edən ərazi partiya təşkilatının üzvü, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev ölkəmizdə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və məqsədyönlü islahatlardan danışıb. Azərbaycanın bütün sahələrdə müvəffəqiyyətlərə imza atdığını və bu uğurların bundan sonra da davamlı olacağına əminliyini ifadə edib. Ərazi partiya təşkilatının işinə uğurlar arzu edib.
Hesabat məruzəsi ətrafında çıxışlar edən ərazi ilk partiya təşkilatının üzvləri Amal Əsgərov, Ziba Nəcəfova təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. Hesabat məruzəsi səsə qoyularaq qəbul edilib.
Yığıncağın sonunda təşkilatı məsələlərə baxılaraq partiya üzvlərinin yekdil qərarı ilə Yunis Hüseynov yenidən ərazi ilk partiya təşkilatının sədri, Ziba Nəcəfova isə sədr müavini seçiliblər. Onlar çıxışlarında göstərilən etimadı yüksək qiymətləndirdiklərini və bu etimadı hər zaman doğruldacaqlarını bildiriblər.
Bineqedi.info
Bir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 1 nəfər və ayaqda şəkili ola bilər
Bir 6 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 6 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 4 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 7 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 7 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin