Binəqədidə idman könüllüləri arasında mini futbol turniri keçirilib – FOTOLAR

0
bineqedi-gencler-idman-idaresi
Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 23 noyabr 2021-ci il tarixində Binəqədi rayonunun ərazisində yerləşən “Azfar” MMC-nin stadionunda idman könüllüləri arasında Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr edilmiş mini futbol turniri keçirilib.
Bineqedi.info xəbər verir ki, “Futbol” turnirinin nəticəsinə əsasən I yeri “ZƏFƏR” komandası , II yeri “MÜBARİZ” komandası, III yeri “POLAD” komandası tutub.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Kütləvi Bədən Tərbiyəsi Sektorunun baş məsləhətçisi Cəlil Əlizadə, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin təşkilatı işlər üzrə meneceri Adilə Səfərova iştirak edib.
Bineqedi.info
Bir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 7 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.
Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin