Binəqədidə “Qoy dostlarım dinləsin: – mən zəfər şairiyəm” adlı tədbir keçirilib

0
bineqedi-merkezi-kitabxana

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Xalq şairi Süleyman Rüstəmin 115 illik yubileyi ilə əlaqədar “Qoy dostlarım dinləsin: – mən zəfər şairiyəm” adlı tədbir təşkil edib.

Bineqedi.info xəbər verir ki, ədbirdə filologiya elmləri namizədi, şairin oğlu Azad Rüstəmzadə, Əməkdar jurnalist Qafar Əsgərzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Fuad şairin həyat və yaradıcılığından, çoxcəhətli və zəngin ədəbi irsindən iştirakçılarına geniş məlumat çatdırıblar.

Tədbirdə, eyni zamanda “Süleyman Rüstəm-115” adlı kitab sərgisinin biblioqrafik icmalı və videoçarx təqdim olunub, şairin şeirləri söylənilib və sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.

Yubiley tədbirinin təşkilində məqsəd qüdrətli söz xiridarı Süleyman Rüstəmin ədəbi irsinin təbliğ olunmasıdır.

Bineqedi.info