Binəqədidə ağacəkmə aksiyası keçirilib – Fotolar

0

8 Noyabr-Zəfər Günündə xalqımızı möhtəşəm qələbəyə aparan 44 günün şərəfinə ölkə üzrə 44 min ağac əkiləcək.

Bineqedi.info-ya verilən məlumata görə, aksiya çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri Xocahəsən gölü ətrafında ağaclar əkilib.

ETSN rəsmilərinin, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin iştirakı ilə  keçirilən ağacəkmə kampaniyası zamanı 2 hektar ərazidə 2000 ədəd  Eldar şamı və zeytun ağacları əkilib.

Qeyd edək ki, ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində əkilən ağaclar ETSN-in tinglik sahələrində yetişdirilib.

Bineqedi agac


BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin