Binəqədi rayonunda Zəfər Günü münasibətilə növbəti tədbir keçirilib

0

Binəqədi Rayonu ərazisində 8 Noyabr- “Zəfər Günü”nə həsr olunmuş silsilə tədbirlər davam edir. Bineqedi.info xəbər verir ki, Bakı şəhəri Binəqədi rayonu N. Babayev adına 144 nömrəli tam orta məktəbdə “Zəfər Günü! Qarabağ Azərbaycandır!” adlı möhtəşəm tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amal Əsgərov, BŞTİ-nin Ümumi şöbəsinin müdiri S. Rəsulova, Vətən müharibəsi Şəhidləri- Sənan Axundov, İzzət Həmidov, Hüseyn Tagıyev, Murad Məmmədli, Arəstə Baxışova, Nicat Nəsibovun ailə üzvləri, Vətən müharibəsi qazisi A. Hacızadə , Bakı şəhəri 176 nömrəli tam orta məktəbin direktoru C. Bayramlı, jurnalistlər – R. Məmmədova, Mətanət Akif qızı, ictimai fəal-bloger Kamil Zeynallı, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər.
Tədbirdə məktəbin şagirdləri Qələbəyə həsr olunmuş müxtəlif kompozisiyalar nümayiş etdirdilər.
Sonda məktəbin direktoru Qənirə Sultanova qonaqlara və şagirdlərə öz dərin təşəkkürünü bildirərək “Zəfər Günü” nə həsr olunmuş möhtəşəm tədbirin aktuallığından danışdı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində şücaətindən söz açaraq, Zəfər tarixi yazan qəhrəman oğullara borcumuzdan danışdı.
Tədbirdə iştirak edən qonaqlar yüksək səviyyədə hazırlanmış tədbir haqda öz fikirlərini bildirərək iştirakçılara öz təşəkkürlərini bildirdilər.

Bineqedi.info