Binəqədi rayon 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində Zəfər günü münasibətilə tədbir keçirilib

0

Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Binəqədi rayon 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Binəqədi rayon 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində 8 noyabr – Zəfər günü münasibətilə “Qalibdir Ordumuz, Ulu Xalqımız” adlı tədbir keçirilib. Bineqedi.info xəbər verir ki, Binəqədi rayon 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ziyat Nəbiyev çıxış edərək tədbirin mahiyyəti haqqında geniş məlumat verib. Sonra Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Səadət Quliyeva çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.
Tədbirdə məktəblilərin ifasında müxtəlif kompozisiyalar, şeirlər səslənib, mahnılar ifa olunub.

Bineqedi.info