Binəqədi rayonunda avtomobildən oğurluq edən şəxs tutulub

0
polis-bolmesi-dordundu-polis-bineqedi

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə müraciət edən Bakı şəhər sakini H.Hacıyev oktyabrın 29-da “Renault” markalı avtomobilində cibindən içərisində 1820 manat məbləğində pul və sənədləri olan cüzdanının oğurlanmasını bildirib.
Bineqedi.info saytı xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Mahmudov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən təhqiqat davam edir.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin