Ardıcıl 4 gün iş olmayacaq

0
kalendar-bayram-gunleri-qeyri-is-gunleri

Bu həftəsonundan başlayaraq 4 gün qeyri-iş günü olacaq.

Bineqedi.info xəbər verir ki, 8 Noyabr Zəfər günü, 9 Noyabr isə Dövlət Bayrağı günü kimi qeyd edildiyindən, Nazirlər Kabinetinin qərarına əsasən, həmin günlər qeyri-iş günləri hesab olunur.

Noyabrın 6 və 7-si istirahət günlərinə düşdüyündən beş günlük iş həftəsində çalışanlar üçün 4 gün, altı günlük iş həftəsində çalışanlar üçün isə ardıcıl olaraq üç gün istirahət günü olacaq.

Qeyd edək ki, 8 Noyabr – Zəfər Bayramı bu il ilk dəfə ölkəmizdə rəsmi bayram kimi qeyd olunacaq.