Üçüncü doza vaksin ilk növbədə kimlərə vurulmalıdır? – Təyyar Eyvazov

0

Pandemiyanın ölkəmizdə artan xətlə davam etdiyi bir vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olması, 3-cü doza vaksinasiyanın sürətləndirilməsi zəruridir.

Üçüncü doza vaksini ilk növbədə yaşı 50-dən çox olanlar, xroniki xəstəlikdən əziyyət çəkənlər, risk qrupuna daxil olanlar vurdurmalıdırlar.

Bineqedi.info saytı xəbər verir ki, bunu trend-ə Səhiyyə Nazirliyinin infeksionisti Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, vaksin ömürlük deyil, müəyyən zamandan sonra orqanizmdə immunitet zəifləyir:

“Belə olan halda immuniteti gücləndirmək üçün mütləq vaksin olunmaq lazımdır. Nəzərə almalıyıq ki, payız fəslidir. Havalar soyuyur, belə dövrdə yoluxmaların sayı artır. Delta ştammı əvvəlki virusdan yayılma sürətinə və yoluxduruculuğuna görə daha təhlükəlidir. Üçüncü dozanın əsas əhəmiyyəti vaksinasiyadan əldə etdiyin süni immuniteti möhkəmləndirməkdən ibarətdir. Vətəndaşlarımıza peyvənd vurdurmağı birmənalı olaraq tövsiyə edirəm.”

Qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 9 518 912, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 154 936, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 363 976 təşkil edir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin