YAP Binəqədi rayon təşkilatında Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

0

YAP Binəqədi rayon təşkilatında Vətən müharibəsinin qaziləri ilə görüş keçirildi. Bineqedi.info saytına verilən məlumata görə, görüşdə əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən bəhs etdi. Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, xalqımızın iradəsi və ordumuzun şücaəti nəticəsində 30 ilə yaxın işğal altında olan ərazilərimiz düşməndən azad edildi və bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Dövlət-xalq-ordu həmrəyliyinin bütün dünyaya əsl nümunə olduğunu və bu birliyin heç bir zaman sarsılmayacağını vurğuladı. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd etdi, bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı dilədi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov isə çıxışında qəhrəman əsgər və zabitlərimizlə bütün xalqımızınq ürur duyduğunu qeyd etdi. O, özünün keçdiyi döyük yolundan və xatirələrindən danışdı. Xalqımızın məğrurluğunun və qətiyyətinin, vətənpərvərliyinin bütün xalqlar üçün əsl örnək olduğunu söylədi.
Şəhid ailələrinin üzvlərinin, Vətən müharibəsində yaralanmış qazilərin sağlamlıqlarının bərpası, məşğulluqlarının təmini, həyat şəraitlərinin daha da yaxşılaşdırılması üçün göstərilən dəstək tədbirlərindən danışdı.
Sonda çıxış edən Vərən müharibəsi qaziləri – Ceyhun Sədrayev, Mobil Əhmədzadə və Ruslan Şıxıyev Vətən müharibəsi zamanı döyüş yoldaşlarının şücaətlərindən və qoxmazlıqlarından ətraflı bəhs etdilər. Azərbaycan Ordusunun üstünlüyü ilə qazanılan tarixi zəfərimizdə Ermənistanın işğalçı ordusunun məhv edildiyini qeyd etdilər. Döyüş zamanı əsgər və zabitlərdə olan ruh yüksəkliyindən, eləcə də onlara ünvanlanan “Əsgərə məktub”ların əsl stimul olduğunu söylədilər. Xalqımızın qayğısını və dəstəyini daim hiss etdiklərini və tarixi torpaqlarımızın işğaldan azad edilməsinin ən müqəddəs missiyaları olduğunu söylədilər. Onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər.

Binəqədi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin